“Beşiktaş” erməni futbolçu ilə anlaşıb

“Beşiktaş” erməni futbolçu ilə anlaşıb
# 20 yanvar 2016 20:24 (UTC +04:00)

Bakı-APA. “Beşiktaş” heyətinə daha bir futbolçu cəlb edib.

Apasport.az saytının “NTV Spor”a istinadən məlumatına görə, Moskva “Spartak”ının erməni futbolçusu Aras Özbiliz “qara qartallar”la anlaşıb.

Artıq iki klub arasında razılaşma da əldə edilib. Ermənistan milli komandasının üzvünün yeni klubu ilə 4.5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 25 yaşlı hücumameyilli futbolçu Türkiyə doğlumudur və Hollandiya vətəndaşlığı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR