Bakıda baş vermiş silahlı insident nəticəsində 6 nəfər yaralanıb - YENİLƏNİB

Bakıda baş vermiş silahlı insident nəticəsində 6 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 22 dekabr 2015 00:20 (UTC +04:00)

Bakı.Mahir Məmmədli – APA. Bakıda restoranda baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində yaralanıb.

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və ad günü iştirakçılarına atəş açmağa başlayıb.

***

01:01

Bakı. Mahir Məmmədli – APA. Bakıda restoranda silahlı insident baş verib.

APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.

İlkin məlumata görə, restoranın müştəriləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tüfəngdən atəş açıb. Nəticədə 4-5 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, əraziyə heç kim buraxılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR