Azərbaycan və Ukrayna prezidentləri əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu vurğulayıblar

Azərbaycan və Ukrayna prezidentləri əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu vurğulayıblar
# 14 iyul 2016 11:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Səfəriniz, sözsüz ki, ikitərəfli münasibətlərimizin inkişafı baxımından çox vacibdir. Müzakirə edilməli, həll edilməli məsələlər çoxdur”.

APA-nın “interfax.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri prezident İlham Əliyev Azərbaycan-Ukrayna Prezidentlər Şurasının 5-ci iclasında çıxışı zamanı deyib. O bildirib ki, qarşılıqlı maraq doğuran və yaxşı perspektivi, potensialı olan məsələlər barədə ətraflı müzakirələr aparılır.

Ukrayna prezidentinin Bakıya səfərinin vacibliyinə toxunan Azərbaycanın dövlət başçısı müxtəlif istiamətlər üzrə qarşılıqlı fəaliyyət yollarını müəyyən etmək niyyətində olduqlarını söyləyib.

Öz növbəsində, Ukrayna prezidenti Pyotr Poroşenko ölkələr arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb: “Xalqlarımız arasında münasibətlərdə yüksək potensial mövcuddur. Təsdiqləyə bilərəm ki, prezidentlər arasında da isti və dost münasibətləri var. Biz fəal danışıqlar prosesindəyik”.

P. Poroşenkonun sözlərinə görə, tərəflər arasında əldə edilən bütün razılaşmalar qətiyyətlə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR