Bakı sakinini döyərək xeyli miqdarda pulunu aparıblar

Bakı sakinini döyərək xeyli miqdarda pulunu aparıblar
# 29 dekabr 2015 09:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda quldurluq hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 27-də Sabunçu qəsəbəsində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Emil Nuriyevi döyüb, kəsici alətlə hədələyərək 1112 manat pulunu və mobil telefonunu alıblar.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Ayxan Quluyev tutulub, digər şəxs isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR