İrəvanda Ermənistandan Azərbaycana qaçan ər və arvada məhkəmə hökm oxuyub

İrəvanda Ermənistandan Azərbaycana qaçan ər və arvada məhkəmə hökm oxuyub
# 02 fevral 2016 00:30 (UTC +04:00)

Bakı - APA. İrəvanda Azərbaycandan Ermənistana geri qaytarılan Gevorkyanlar ailəsinin üzvləri barəsində məhkəmə hökm çıxarıb.

APA-nın “news.am"-a istinadən məlumatına görə, bu barədə Ermənistan Məhkəmə Departamentinin mətbuat xidməti xəbər verib.

Yegişe Gevorkyan 5, onun həyat yoldaşı Ruzanna isə 3 il müddətinə azadlıqdan məhrum edilərək 1 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıblar.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR