BMT baş katibi 3 dekabr Beynəlxalq Əlillər günü ilə bağlı müraciət edib

BMT baş katibi 3 dekabr Beynəlxalq Əlillər günü ilə bağlı müraciət edib
# 03 dekabr 2015 08:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Bu il Beynəlxalq əlillər gününü 2030 davamlı inkişaf məqsədləri kimi iddialı qərarın qəbul olunduğu ərəfədə qeyd edirik. Bu qlobal proqram bizi “Heç kəsi arxada qoymayaq” fəaliyyətinə çağırır”.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu barədə BMT baş katibi Pan Gi Mun Beynəlxalq Əlillər günü ilə bağlı müraciətində deyib.

Baş katib bildirib ki, davamlı və inkluziv dünyanın qurulmasında əlilliyi olan şəxslərin iştirakı vacibdir:

“BMT-nin 2030 dayanıqlı inkişaf məqsədləri özündə əlilliyi olan şəxslər haqqında çoxlu sayda məsələləri birləşdirir və biz birlikdə çalışmalıyıq ki, bu öhdəlikləri yerinə yetirək.

Gələn il BMT-nin yaşayış və dayanıqlı şəhərsalma (HABİTAT III) konfransında şəhərlərimizin əsasən əlçatan və dayanıqlı olması üçün şəhərlərin inkişafı məsələləri müzakirə ediləcək. Bu proses üçün əlilliyi olan şəxslərin səsləri həlledici olacaq.

İrəli nəzər saldıqda əlçatanlığı təmin etmək üçün inkişafın siyasətini və təcrübəsini möhkəmləndirməliyik. Bu, inkluziv və davamlı inkişafın bir hissəsidir.

Biz əlilliyi olan şəxslər qarşısında duran problemlər haqqında bilklərimizi təkmilləşdirməli, onların yaratmaq və mövcud imkanlardan istifadə ilə bağlı istəklərinə şərait yaratmalıyıq.

Biz əlilliyi olan şəxslərlə birlikdə, onları heç vaxt geridə qoymamaqla dünyamızı irəli apara bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR