“Fukusima-1” AES-i qoruyan polad divar əyilib və çatlayıb

 “Fukusima-1” AES-i qoruyan polad divar əyilib və çatlayıb
# 26 noyabr 2015 07:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Yaponiyanın qəzalı “Fukusima-1” Atom Elektrik Stansiyasını qoruyan polad divar əyilib və çatlayıb.

APA-nın məlumatına görə, bu barədə Yaponiyanın “Kiodo” agentliyi xəbər yayıb. Divar radioaktiv maddənin okeana tökülməsinin qarşısını almaq üçün tikilib. Tikinti 2012-ci ildən başlayıb və bu il oktyabrın sonunda başa çatıb. Divar 280 metr uzunluğundadır və 30 metr dərinlikdə tikilib. Ekspertlər konstruksiyada təxminən 20 santimetr əyilmə aşkarlayıblar. Onların fikrincə, əyilmə divarın aşağısındakı qrunt sularının təzyiqi ilə baş verib. Nəticədə divarda 500 metr uzunluğunda və 1 sm enində çat əmələ gəlib. Hələlik dəniz suyunun radikal çirklənməsi ilə bağlı məlumat yayılmayıb. Lakin stansiya rəsmiləri baş verən halın binanın effektivliyinə təsir etməyəcəklərini açıqlayıblar.

Xatırladaq ki, 2011-ci ilin martında Yaponiya sahillərində baş verən 9.1 bal gücündə zəlzələ “Fukusima-1” Atom Elektrik Stansiyasının qəzalı vəziyyətə düşməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR