Con Kerri: “Dəməşqdəki rejim münaqişəni hərbi yolla həll etməyə çalışır”

Con Kerri: “Dəməşqdəki rejim münaqişəni hərbi yolla həll etməyə çalışır”
# 04 fevral 2016 01:54 (UTC +04:00)

Bakı-APA. Suriya ordusunun Hələb şəhəri istiqamətində hücuma keçməsi rəsmi Dəməşqin münaqişəni hərbi yolla həll etməyə cəhd etdiyini nümayiş etdirir.

APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin bəyanatında deyilir.

“Suriya ordusunun Rusiya aviasiyasının dəstəyi ilə müxalifət qüvvələrinin nəzarəti altında olan bölgələrə, yüz minlərlə dinc sakinlərin yaşadığı yaşayış məntəqələrinə hücumları rejimin münaqişəni siyasi vasitələrlə yox, hərbi yolla həll etməyə cəhd etdiyini göstərir”, bəyanatda deyilir.

Con Kerri rəsmi Dəməşqdən və onun tərəfdarlarından hava zərbələrinə son qoymağa çağırıb, fevralın sonunda sülh danışıqlarının bərpa edəcəyinə ümid bəsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR