Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünü bıçaqlayaraq öldürüb - YENİLƏNİB

Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünü bıçaqlayaraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2015 04:35 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

Polis bölməsindən insidentlə əlaqədar APA-ya hələlik açıqlama verilməyib.

Xatırladaq ki, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə, Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.

**** 01.20

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Hazırda hər iki yaralı əməliyyata qaldırılıb. Üzərilərində əməliyyat aparılır.

Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR