Azərbaycan prezidenti Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti Gürcüstanın müdafiə nazirini qəbul edib
# 02 dekabr 2015 12:33 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri, xanım Tinatin Xidaşelini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri xatırladıb. Prezident İlham Əliyev ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Gürcüstan müdafiə nazirinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Gürcüstanın müdafiə naziri də Azərbaycana səfərinin ölkələrin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. T. Xidaşeli ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR