Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var

Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var
# 09 fevral 2016 01:24 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nəsimi rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, Abbasqulu ağa Bakıxanov küçəsində Özal Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Zamin Araztonluya məxsus “Opel” markalı maşın toqquşub.

Qəza nəticəsində “Opel”in sürücüsü Zamin Araztonlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Tibbi müayinədən sonra həkimlər yaralı sürücünün həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Mercedes” markalı avtomobil səbəb olub. Belə ki, ara yoldan Bakıxanov küçəsinə çıxan “Mercedes”in sürücü Özal Quliyevin üstünlük nişanının tələbinə əməl etməməsi qəza ilə nəticələnib.

Hadisə yerində polis əməkdaşları olublar. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbi araşdırmanın gedişində məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR