Pakistanda baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb

Pakistanda baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb
# 14 dekabr 2015 08:26 (UTC +04:00)

Bakı – APA. Pakistanın Paraçinar şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti “Laşkar e Canqvi əl Aləmi” və “Ansarul Mucahiddin” adlı radikal sünni qruplaşmalar öz üzərinə götürüb.

Bazarda baş vermiş partlayış nəticəsində yaralananların sayı 62 nəfərə çatıb. Terror aktını törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Partlayıcı qurğuda 35-40 kiloqram partlayıcı maddənin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR