Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə növbəti görüşlərini keçirib - FOTO

Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə növbəti görüşlərini keçirib - <span style="color: red;">FOTO
# 26 oktyabr 2015 08:44 (UTC +04:00)

Bakı-APA. Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə növbəti görüşləri Şəki rayonunun Orta Zəyzid və Baş Zəyzid kəndlərində baş tutub.

APA-nın xəbərinə görə, görüşlər seçicilərin yüksək fəallığı ilə müşayiət olunub. Namizəd Cavanşir Feyziyev və onun vəkilləri professor Fərman İsmayılov, Baba Yusifov, Rafiq Rəsulov və başqaları çıxış edərək son 5 ildə ölkədə, eləcə də 115 saylı seçki dairəsi ərazisində həyata keçirilmiş abadlıq və quruculuq işlərindən danışıb. Görüşlərdə çıxış edən Baş Zəyzid və Orta Zəyzid sakinləri 1 noyabr parlament seçkilərində hamılıqla Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR