Pentaqon: Rusiya təyyarələrinin İran aviabazasından uçuşları koalisiyanın işinə təsir etməyib

Pentaqon: Rusiya təyyarələrinin İran aviabazasından uçuşları koalisiyanın işinə təsir etməyib
# 16 avqust 2016 19:35 (UTC +04:00)

Bakı-APA. Rusiya təyyarələrinin İran aviabazasından həyata keçirilən uçuşları ABŞ-ın İŞİD-ə qarşı mübarizədə rəhbərlik etdiyi koalisiyanın fəaliyyətinə təsir etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bunu Pentaqonun nümayəndəsi polkovnik Kristifer Qarver deyib.

“Uçuşların təhlükəsizliyinə dair razılaşmaya uyğun olaraq, Rusiya koalisiyanı məlumatlandırıb. Uçuşlar koalisiyanın işinə təsir etməyib”, - deyə Qarver bildirib.

Qeyd edək ki, avqustun 16-da Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələri İranın “Həmadan” aviabazasından havaya qalxaraq İŞİD və “Cəbhə ən Nüsrə” terror qruplaşmalarının mövqelərinə zərbələr endiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR