Azərbaycanlı alim Norveçdə mühazirə oxuyub

Azərbaycanlı alim Norveçdə mühazirə oxuyub
# 29 iyul 2016 09:08 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Norveçin Oslo Universitetinin Beynəlxalq Yay məktəbi çərçivəsində təşkil edilmiş Beynəlxalq Forumda mühazirə ilə çıxış edib.

APA-nın xəbərinə görə, mühazirə “Cənubi Qafqaz regionunda münaqişələr və təhlükəsizlik: region nə üçün xüsusi əhəmiyyətlidir” mövzusunda olub. Mühazirədə Cənubi Qafqaz regoinunda baş verən silahlı münaqişələr və işğal faktı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmaması, böyük dövlətlərin regiona olan marağı və geosiyasi durumunun əhəmiyyəti, Xəzər dənizi və enerji siyasəti, eləcə də regionun gələcək inkişaf perspektivlərindən bəhs olunub.

Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Norveç, Xorvatiya, Konqo, Nigeriya, Pakistan, ABŞ, Rusiya, Bosniya və Hersoqovina, Nepal, Ermənistandan olan ekspertlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR