Latviyadakı soydaşımız Azərbaycana üç ədəd təcili tibbi yardım maşını bağışlayıb

Latviyadakı soydaşımız Azərbaycana üç ədəd təcili tibbi yardım maşını bağışlayıb
# 14 aprel 2016 16:18 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Latviyadakı diaspor təşkilatının fəalı Eldəniz Məmmədov erməni silahlı birləşmələrinin təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində zərər çəkən mülki əhaliyə kömək etmək məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edərək ölkəmizə üç ədəd təcili tibbi yardım təyinatlı xüsusi avtonəqliyyat vasitəsi bağışlamaq istədiyini bildirib.

APA-nın məlumatına görə, hal-hazırda bu nəqliyyat vasitələrinin ölkəmizə çatdırılması üçün iş aparılır.

Xatırladaq ki, bir sıra ölkələrin diaspor təşkilatlarında bu cür davranışlar ənənəyə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR