Rusiyada raket anbarında yanğın baş verib

Rusiyada raket anbarında yanğın baş verib
# 04 avqust 2016 17:59 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Nijeqorod vilayətində raket-artilleriya anbarında yanğın baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın vilayətin Volodarski rayonunda yerləşən hərbi hissənin raket anbarında baş verib. Məlumata görə, anbarın utilizasiya hissəsində yaranan yanğın 100 kv.m. sahəni əhatə edib.

Hazırda yanğın lokallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR