Yaponiya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaqdan imtina edib

Yaponiya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaqdan imtina edib
# 28 noyabr 2015 23:50 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq niyyəti yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya XİN mətbuat katibi Yasuxisu Kavamuru bildirib.

“Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən koalisiyada iştirak etmək niyyətində deyil. Həmçinin loqistik dəstəyin, hava zərbələrin və ya İŞİD-ə qarşı hər-hansı digər hərbi fəaliyyətlərin təmin olunması ilə bağlı koalisiyaya kömək etmək planlaşdırılmır”, deyə məlumatda qeyd olunub.

Yasuxisu Kavamuru qeyd edib ki, Yaponiya qaçqınlara humanitar yardım göstərməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR