İstanbulda Azərbaycan və İran prezidentləri arasında görüş keçirilib

İstanbulda Azərbaycan və İran prezidentləri arasında görüş keçirilib
# 14 aprel 2016 16:34 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, əvvəlcədən nəzərdə tutulmayan görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf yolları, Türkiyənin sədrliyi dövründə İƏT-nin daha dinamik və təsirli təşkilat kimi fəaliyyət göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR