Avropa İttifaqı Azərbaycanda keçirilmiş referenduma münasibət bildirib

Avropa İttifaqı Azərbaycanda keçirilmiş referenduma münasibət bildirib
# 28 sentyabr 2016 16:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Avropa İttifaqı (Aİ) Azərbaycanı Venesiya Komissiyasının konstitusiyaya dəyişikliklərlə bağlı rəyini nəzərə almağa çağırır.

APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Azərbaycanda keçirilən referendumla bağlı açıqlamasında deyilir.

Açıqlamada deyilir ki, AŞPA-nın qiymətləndirmə missiyasının ilkin açıqlamasına görə, əhalinin əksəriyyəti sakit şəraitdə keçirilmiş referendumda irəli sürülmüş 29 dəyişikliyin lehinə səs verib: “Əvvəlcədən parlamentdə gedən debatlar zamanı bəzi çatışmazlıqlar qeydə alınıb".

Avropa İttifaqı Azərbaycanı konstitusiya dəyişiklikləri layihəsinin həyata keçirilməsi zamanı Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırır: "Avropa İttifaqı bu və digər vacib məsələlərdə Azərbaycanla dialoq aparmağa davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR