Avropa Şurasının baş katibi Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı araşdırmaya başlayıb

Avropa Şurasının baş katibi Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı araşdırmaya başlayıb
# 16 dekabr 2015 11:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasına əməl etməsi ilə bağlı araşdırmaya başladığını bildirib.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, o, hakimiyyət nümayəndələrindən İnsan Haqları Konvensiyasının icra edilməsi ilə bağlı arayışlar alınması üçün Azərbaycana nümayəndələrini göndərəcəyini bildirib.

Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə əsasən, baş katib konvensiyanın üzv dövlətdə icrasının müvafiq şəkildə yerinə yetirilməsini müəyyənləşdirmək üçün araşdırmaya başlaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR