Naxçıvanda Rəssamlar Parkı yaradılacaq

Naxçıvanda Rəssamlar Parkı yaradılacaq
# 14 noyabr 2015 22:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Vasif Talıbov Rəssamlar Parkının yaradılması haqqında sərəncam verib.

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssam Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi, yaradıcılığının tədqiqi və təbliği sahəsində bir sıra işlər görülüb, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, muxtar respublika Rəssamlar Birliyinin sərgi salonuna onun adı verilib, 120 illik yubileyi geniş şəkildə qeyd olunub.

Sərəncama əsasən Naxçıvan şəhəri, İstiqlal küçəsi 52-də Bəhruz Kəngərlinin heykəli qoyulacaq, həmin ərazi Bəhruz Kəngərli adına Rəssamlar Parkı adlandırılacaq. Naxçıvan Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR