Poroşenko Yatsenyuku Milli Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb

Poroşenko Yatsenyuku Milli Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb
# 22 aprel 2016 17:46 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik Şurasının tərkibi haqqında fərman imzalayıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, şurada baş nazir Vladimir Qroysman və Ali Radanın spikeri Andrey Parubiy yer alıb.

Sabiq baş nazir Arseniy Yatsenyukla baş prokuror Viktor Şokin isə şura üzvlüyündən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR