Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək
# 23 noyabr 2015 06:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “APA-Economics”ə verilən məlumata görə, noyabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, “Azpromo” və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİAA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya işgüzar görüşü baş tutacaq.

Tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR