Münhendə fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB

Münhendə fövqəladə vəziyyət elan edilib - <span style="color: red;">YENİLƏNİB
# 22 iyul 2016 21:21 (UTC +04:00)

Bakı-APA. Münhendə “Olympia” ticarət mərkəzində atəş açan silahlıların axtarışı davam edir.

APA-nın TASS agentlyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyata hərbi helikopterlər cəlb edilib.

Münhenin mərkəzi dəmiryol vağzalı bağlanıb. Polis əhalini evlərindən çıxmamağa çağırıb. Rəsmi məlumata görə, silahlı insident nəticəsində 1 nəfər ölüb, KİV-lər isə 6 nəfərin öldüyünü bildirir.

Münhenin “Olympia” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.

***

22:47

Bakı-APA. Münhendə fövqəladə vəziyyət elan edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olduğunu istisna etmir.

Münhendə “Olympia” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR