Göyçayda qaydaları pozan sürücülər cəzalandırılıb

Göyçayda qaydaları pozan sürücülər cəzalandırılıb
# 13 avqust 2016 11:22 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən növbəti reyd keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən şəhərin bir neçə küçəsində keçirilən tədbir zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin arxa və yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 20-yə yaxın polis əməkdaşının iştirakı ilə keçirilən reyd zamanı 70-dən çox avtomobil saxlanılıb, yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib. Müxtəlif qayda pozuntularına görə ümumilikdə 25 sürücü barəsində inzibati tədbir görülüb.

Qeyd olunub ki, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR