Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq

Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq
# 25 fevral 2016 19:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq. Bu barədə APA-ya açıqlama verən həmsədr Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istədiyini bildirib.

"Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etməyi planlaşdırıram. Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istəyirik. Biz ümid edirik ki, bu vaxta kimi xüsusən dinc sakinlər arasında çox sayda itkilərlə nəticələnən münaqişə, Prezidentlərin diqqətini bu münaqişənin sülh yolu ilə həll olunmasına yönəldəcək. Münaqişənin həll olunmasında irəliləyişə nail olmaq üçün Minsk Qrupunun həmsədri kimi, mən Fransa və rusiyalı həmkarlarımla və tərəflərlə işləməyə hazıram. İndi sülh əldə etmək vaxtıdır", - deyə amerikalı həmsədr bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR