Rafael Cəbrayılovun təbliğat kampaniyası davam edir - FOTO

Rafael Cəbrayılovun təbliğat kampaniyası davam edir - <span style="color: red;">FOTO
# 20 oktyabr 2015 13:38 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə seçkilərə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun seçkiqabağı təbliğat kampaniyası uğurla davam etdirilir.

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, dövlət büdcəsinin müzakirəsi ilə əlaqədar millət vəkili Rafael Cəbrayılov Milli Məclisin plenar iclasında iştirakı etdiyi üçün bugünkü görüşdə namizədin səlahiyyətli nümayəndəsi və vəkilləri iştirak ediblər. Rafael Cəbrayılovun seçki platforması haqqında məlumat verən səlahiyyətli nümayəndə əsasən, Şirvan şəhər sakinlərinin maddi rifahının yüksəldilməsi üçün nəzərdə tutduğu fəaliyyət prinsipləri haqqında məlumat verib. Çıxış edən seçicilər Rafael Cəbrayılovun fəaliyyətindən və əhaliyə qarşı göstərdiyi mehribanlıqdan danışaraq, seçki platformasını yüksək qiymətləndirdilər. Qeyd etdilər ki, Şirvan sakinləri Rafael Cəbrayılovu yaxşı tanıyır və 1 noyabrda hamılıqla səs verərək deputat seçilməsini təmin edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR