Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
# 07 yanvar 2016 06:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Quba-Xınalıq yolunda kəskin hava şəraitinə baxmayaraq “Azəryolservis” ASC-nin sözügedən əraziyə cəlb edilmiş ağır texnikasının köməyi və əməkdaşlarının gərgin əməyi nəticəsində çovğun zamanı yola yığılmış böyük qar kütləsi ötən gün axşam saatlarında bütövlükdə təmizlənib.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Buna baxmayaraq, hər an qar uçqunu təhlükəsi olduğu üçün sürücülərdən ehtiyatlı olmaq xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR