Rusiyanın iri holdinqi VTB-nin səhmdarı olub, ARDNF-in payı dəyişməyib

Rusiyanın iri holdinqi VTB-nin səhmdarı olub, ARDNF-in payı dəyişməyib
# 11 aprel 2016 08:08 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın "Otkrıtiye Holdinq"i VTB-nin 1,77%-nə yiyələnib. "APA-Economics" xəbər verir ki, bu barədə "İnterfax" agentliyi yazır.

Maraqlıdır ki, öz növbəsində, VTB holdinqin səhmlərinin 9,99%-nə sahibdir.

"Rosselxozbank" VTB-dəki payını 2,2%-dən 2,48%-dək artırıb.

Minoritarların payı 31,57%-dən 29,49%-dək azalıb.

Daşınmaz əmlakın idarə olunması üzrə Federal Agentliyin, Azərbaycan Dövlət Neft Fondunun və "Credit Suisse AG" bankının payları dəyişilməz olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR