Hacıqabulda baş vermiş yol-nəqliyyat hadisəsi yol təsərrüfatına ziyan vurub

Hacıqabulda baş vermiş yol-nəqliyyat hadisəsi yol təsərrüfatına ziyan vurub
# 12 avqust 2016 16:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 112-ci km-də, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Dongfeng” markalı yük maşınının sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək maşını yol ayrıcında olan əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqon-metr uzunluğunda dəmir tir sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 3 600 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR