"Unibank" kredit portfelini 2% artırıb

"Unibank" kredit portfelini 2% artırıb
# 23 oktyabr 2015 10:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Unibank”ın kredit portfelinin həcmi 2015-ci ilin III rübündə 691,713 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,26% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 1,62% artaraq 512,729 mln. manat olub.

Oktyabr ayının 1-nə bank ticarət və xidmət sahəsinə 115,123 mln. manat həcmində kredit verilib ki, bu, 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən 2,55% çoxdur. Bankın bu sahəyə ayırdığı kreditin ümumi həcmdə payı 16,64% təşkil edib.

Bu ilin 9 ayında bank kənd təsərrüfatı sahəsinə 29,449 mln. manat kredit verib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,59% azdır.

Bundan başqa, bu ilin III rübündə bank sənayenin digər sahələrinə 15,829 mln. manat, neft sənayesi müəssisələrinə 12,297 mln. manat, energetika və təbii ehtiyatlar sahəsinə 339,5 mln. manat kredit verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR