Türkiyənin Muş vilayətində 2 PKK terrorçusu məhv edilib

Türkiyənin Muş vilayətində 2 PKK terrorçusu məhv edilib
# 02 avqust 2016 04:34 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Muş vilayətində PKK terrorçuları polis avtomobilini atəşə tutub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə, nəticədə patrul vəzifəsi icra edən polis əməkdaşlarından 2-si yaralanıb.

Əlavə polis qüvvələri insident yerinə cəlb olunduqdan sonra yaranan atışmada silahlılardan 2-si məhv edilib, 1-i yaxalanıb. Yaralanan polis əməkdaşları Muş Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisənin baş verdiyi Muş-Bingöl yolunda təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR