Xızıda istirahət mərkəzində yıxılan şəxs ölüb

 Xızıda istirahət mərkəzində yıxılan şəxs ölüb
# 17 dekabr 2015 09:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonunda damdan yıxılan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 15-də Xızı rayonunun Şuraabad kəndindəki istirahət mərkəzlərindən birində təmir işləri aparan Sumqayıt şəhər sakini Tahir Cabbarov damdan yıxılması nəticəsində xəstəxanaya yerləşdirilib. O, dekabrın 16-da orada ölüb.


Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR