Şəmkirdə 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Şəmkirdə 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
# 07 oktyabr 2016 17:53 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakinini elektrik cərəyanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün qeydə alınıb.

Rayonun Bayramlı kənd sakini, 25 yaşlı Rövşən Şamilov çayda suya elektrik buraxıb oradan balıq tutmaq istəyərkən cərəyan onu vurub.

R. Şamilov dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR