Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Ramil Mərzilinin “Kimsə bilməsin” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə millət vəkili, yazıçı Aqil Abbas, tənqidçi Əsəd Cahangir, şair Elçin Mirzəbəyli və başqaları iştirak edib.
Yazıçı Aqil Abbas R. Mərzilinin yaradıcılığı haqqında danışıb, şairin müxtəlif məzmunda olan şeirlərinin bədii xüsusiyyətlərindən söz açıb. Tədbirin aparıcısı, tənqidçi Əsəd Cahangir, Elçin Mirzəbəyli, Oqtay Rza, Fərqanə Mehdiyeva və digər qələm adamları çıxış edərək müəllif və onun yeni çap olunmuş kitabı barədə ürək sözlərini söyləyib, şeirlərinin xüsusiyyətlərindən danışıblar.