Türkiyənin xarici işlər naziri: “İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək”

Türkiyənin xarici işlər naziri: “İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək”
# 26 aprel 2016 13:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Hər zaman Bakıda, küləklər şəhərində olmaq bizi şad edir. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin beşiyi olub. Baxmayaraq ki, torpaqlarının 20 faizi işğal edilib, Azərbaycan xalqı heç vaxt sülh şəraitində yaşamaq mədəniyyətini itirməyib. İnanırıq ki, Azəraycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, ayrı-seçkilik, islamofobiya, ksenofobiya dünyanı ağuşuna alıb: “Bunlar ümumbəşəri dəyərlərimizi təhlükə altında qoyur. İŞİD, PKK, “Əl-Qaidə” kimi terror təşkilatları həssas qruplardan öz maraqları üçün istifadə etməyə çalışır. O terror təşkilatlarının heç bir fərqi yoxdur. ABŞ-da bəzi prezidentliyə namizədlər narazılıq doğuran çıxışlar edirlər. Biz ümumi parlaq gələcək üçün tədbirlər görməliyik. Sivilizasiyalar Alyansı bu istiqamətdə mühüm platformadır. Vətəndaş cəmiyyəti də bu sahədə mühüm institutlardır. Avropa Şurası Parlament Assambleyası da mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər”.

Nazir qeyd edib ki, Türkiyə Alyansın həmtəsisçisi olaraq qarşıya qoyulan hədəflərə çatılacağına inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR