Türkiyədə otelə Suriyadan atılan top mərmisi düşüb

Türkiyədə otelə Suriyadan atılan top mərmisi düşüb
# 10 aprel 2016 16:32 (UTC +04:00)

Bakı-APA. Suriyadan atılan top mərmisi Türkiyədə bir otelə düşüb.

APA-nın Tükiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün saat 16:40 radələrində Suriyadan atılan top mərmisinin Kilisdə bir otelin 4-cü mərtəbəsinə düşməsi nəticəsində otelin pəncərələrinin şüşələri sınıb.

Polis olayla bağlı araşdırmaya başlayıb. Top mərmisinin otelə düşməsi nəticəsində ölən və yaralanan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR