Azərbaycanın baş konsulu İstanbul bələdiyyəsinin idarə rəisiylə görüşüb

Azərbaycanın baş konsulu İstanbul bələdiyyəsinin idarə rəisiylə görüşüb
# 04 oktyabr 2016 12:33 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbul metropol bələdiyyəsi baş mədəniyyət idarəsinin rəisi Nevzat Kütük ilə görüşüb.

Bu barədə APA-nın Türkiyə bürosuna baş konsulluqdan bildirilib. Nevzat Kütük, qardaş ölkələr arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində hər cür əməkdaşlığa hazır olduqlarını vurğulayaraq yerli özünü idarəetmə orqanları arasındakı qarşılıqlı təcrübə mübadiləsində də İstanbul bələdiyyəsinin öz üzərinə düşən bütün işləri yerinə yetirəcəyini deyib.

Azərbaycanın yenidən müstəqillik qazanmasının 25-ci ilini qeyd etməyə hazırlaşdıqlarını və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin Türkiyə olduğunu xatırladan baş konsul Məsim Hacıyev, iki qardaş ölkə arasındakı münasibətlərin əbədi düsturunun ümummilli lider Heydər Əliyev tərəfindən “Bir millət iki dövlət”- şəklində formulə edildiyini vurğulayıb: “Ölkələrimiz arasındakı münasibətlərin dünyada əmsalı yoxdur. Bunda prezidentimiz İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətlərinin misilsiz rolu vardır. Biz iki ölkə başçısının verdikləri direktivlərə uyğun olaraq ölkələrimiz arasındakı münasibətləri daha da dərinləşdirmə istiqamətində çalışırıq. İqtisadi münasibətlərin inkişafı kökü bir olan mədəni münasibətlərimizin inkişafını zəruri və qacınılmaz qılır. Əlaqələrimizin hərtərəfli şəkildə inkişaf etdirilməsi üçün baş konsulluğumuz də üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR