Bakıda “Viktor Frankenşteyn” filminin media üçün nümayişi keçirilib

Bakıda “Viktor Frankenşteyn” filminin media üçün nümayişi keçirilib
# 27 noyabr 2015 13:36 (UTC +04:00)

Bakı-APA. “Park Cinema”da noyabrın 26-dan dünya premyerası keçiriləcək “Viktor Frankenşteyn” filminin media üçün nümayişi keçirilib.

APA-nın xəbərinə görə, rejissor Pol Mak Qiqanın çəkdiyi ekran əsəri dəhşət və fantastik dram janrındadır. Sloqanı “Öz yaradanını qarşıla” olan film bu dəfə köməkçisi İqor Ştrausmanın Viktor Frankenşteynin fantastik həyat tarixçəsinə yeni baxışından bəhs edir. Baş rollarda Deniel Redkliff, Ceyms MakEvoy, Cesika Braun, Findlib Bronson Uebb, Deniel Meys, Spenser Uidlinq, Robins Pirs, Endryu Skott, Kallum Terner və Di Botçer çəkiliblər.

“Park Cinema”nın pr meneceri Rüfət Zeynalov bildirib ki, “Viktor Frankenşteyn 2015” çox məşhur Frankenşteyn kitabının yeni bir versiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR