Federika Mogerini: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan gərginlikdən narahatdır”

Federika Mogerini: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan gərginlikdən narahatdır”
# 03 dekabr 2015 10:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan gərginlikdən narahatdır”.

APA-nın məlumatına görə, bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ATƏT Nazirlər Şurasında çıxışı zamanı deyib. O bildirib ki, bu və digər münaqişələrin heç bir tərəfə xeyri yoxdur: “Bu münaqişələr ATƏT prinsipləri və öhdəlikləri çərçivəsində həll olunmalıdır. Avropa İttifaqı aktiv şəkildə həll prosesinə cəlb olunumağa hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR