"Expressbank" "Elmlər" filialını istifadəyə verib

"Expressbank" "Elmlər" filialını istifadəyə verib
# 23 fevral 2016 09:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında yeni "Elmlər" filialı fəaliyyətə başlayıb. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, yeni filial Bakı Dövlət Universiteti ilə üzbəüz, F. Ağayev küçəsi, 5 ünvanında yerləşir.

“Expressbank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında fəaliyyətə başlayıb. Bankın Elmlər filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir”, - deyə bankın Biznesin inkişafı departamentinin direktoru Mehriban Ocaqquliyeva bildirib.

“Expressbank”ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 400-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR