Bakı Şəhər İcra Hakimiyyəti: "Qrifonlu bina"nın sökülməsi barədə məlumat yalandır

Bakı Şəhər İcra Hakimiyyəti: "Qrifonlu bina"nın sökülməsi barədə məlumat yalandır
# 21 noyabr 2015 10:16 (UTC +04:00)

Bakı - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda tarixi binanın sökülməsi barədə məlumatlarla bağlı açıqlama yayıb.

BŞİH-dən APA-ya daxil olan açıqlamada bildirilir ki, paytaxtın Y. Məmmədəliyev küçəsi, 30-32-34 ünvanda yerləşən, alman arxitektoru M. Edel tərəfindən XIX əsrin sonlarında inşa edilmiş "Qrifonlu bina" tarixi-memarlıq abidəsi olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin balansındadır və Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzarətindədir.

"Qrifonlu bina"nın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə əlaqədar bir bəzi KİV-də yayılmış məlumatlar həqiqətə uyğun deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR