ATƏT PA-nın qış sessiyası bu gün başlayır

ATƏT PA-nın qış sessiyası bu gün başlayır
# 25 fevral 2016 06:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün ATƏT PA-nın 15-ci qış sessiyası başlayır. APA-nın xəbərinə görə, sessiyaya ATƏT məkanından və tərəfdaş ölkələrdən olan 300-ə yaxın parlamentarinin qatılacağı gözlənilir. Avropada miqrant və qaçqın böhranı, ona qarşı kollektiv cavab tədbirləri, habelə terrorizmlə mübarizə və Ukrayna böhranı müzakirələrin əsas mövzuları olacaq.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərində səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR