Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 12 aprel 2016 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən 12 min ədəd xarici markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR