Binəqədidə “Gənclər evi”nin açılışı olub

Binəqədidə “Gənclər evi”nin açılışı olub
# 25 aprel 2016 13:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Binəqədi rayonunda yeni “Gənclər evi”nin açılış mərasimi olub.

APA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon İcra Hakimiyyıtinin başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak edib.

Açılışda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkədə 38 "Gənclər evi"nin artıq genış şəbəkə olduğunu diqqətə çatdırıb.

Azad Rəhimov gənclər evlərinin yaradılması prosesinin 2006-cı ildən başlandığını deyib. Qeyd olunub ki, 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 "Gənclər Evi" mərkəzi tikilib gənclərin istifadəsinə verilib.

Nazir eyni zamanda çıxışında gənclər və idman nazirliyi tərəfindən Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və Binəqədidə tikilmiş Gənclər evlərinin sayının 12-ə çatdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR