Akademik Milli Dram Teatrında “Sənətkarın taleyi” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
# 04 aprel 2016 13:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası nümayiş olunub.

Tamaşa Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.

İki hissəli faciənin quruluşçu rejissoru İranə Tağızadə, quruluşçu rəssamı Tatyana Melnikova, geyim üzrə rəssamları İranə Tağızadə, Tatyana Melnikova, musiqi tərtibatı Vladimir Neverov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində rolları xalq artistləri Şükufə Yusupova, Cəfər Namiq Kamal, əməkdar artistlər Firdovsi Atakişiyev, Elşən Cəbrayılov, Aslan Şirin, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Hikmət Rəhimov, Vüsal Mustafayev, Anar Heybətov, Mirzə Ağabəyli, Cümşüd Zeynalov, Vasif Həsənəliyev, Rəşad Bəxtiyarov, Əjdər Zeynalov, İnna İmranova canlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR