Azərbaycan Milli Məclisi: Erməni haker qrupunun parlamentin saytına hücumu nəticəsiz qalıb

Azərbaycan Milli Məclisi: Erməni haker qrupunun parlamentin saytına hücumu nəticəsiz qalıb
# 28 dekabr 2015 13:54 (UTC +04:00)

Bakı-APA. Dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” haker qrupu tərəfindən Azərbaycan Milli Məclisinin saytının “sındırıldığı” barədə həqiqətə informasiyalar yayılıb.

Milli Məclisdən APA-ya bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil. “Əslində isə həmin gün Ermənistan hakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyib. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem administratoru tərəfindən bərpa edilib” - deyə, məlumatda qeyd olunub.

Milli Məclisdən bildirilib ki, qurumun həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşını almağa imkan verir: “Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR