Goranboyda avtomobil aşıb, biri polis əməkdaşı olmaqla iki nəfər xəsarət alıb

Goranboyda avtomobil aşıb, biri polis əməkdaşı olmaqla iki nəfər xəsarət alıb
# 09 sentyabr 2016 09:17 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. “Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR