Nalbandyan: "Rusiya ilə hərbi-texniki əməkdaşlıq davam etdiriləcək"

Nalbandyan: "Rusiya ilə hərbi-texniki əməkdaşlıq davam etdiriləcək"
# 09 mart 2016 07:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistan Rusiya ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək”.

APA-nın məlumatına görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Kommersant” qəzetinə müsahibəsində deyib. O, Azərbaycanın son illər öz hərbi xərclərini artırdığını söyləyib: “Biz Rusiya ilə müttəfiqik və strateji əlaqələrimiz, sıx hərbi, hərbi-texniki əməkdaşlığımız mövcuddur. Heç kəsə sirr deyil ki, biz ilk növbədə öz strateji müttəfiqimizdən silah alırıq. Rusiya ilə hərbi-texniki planda gələcəkdə də qarşılıqlı sıx əlaqədə olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR